Zoopark rəhbərliyi heyvanları qidadan və qayğıdan məhrum etdi

04:00 26-05-2020 352

Rusiyanın Vladivostok şəhərində yerləşən zoorparkın rəhbərliyi ərazinin icarə haqqını ödəyə bilmədiyi üçün işə çıxmaqdan imtina edib.

REN TV xəbər verir ki, bu barədə şəhər meriyasından xəbər verilib.

Qeyd olunur ki, zooparkın “sakinləri” bir neçə gündür qida və qayğıdan məhrum olublar.

Zooparkı icarəyə götürən şəxslərin 350 min rubl (8 330 manat) borcu olduğu bildirilir.

Rusiyada COVID-19 virusu ilə əlaqədar zooparklara giriş qadağandır.