Tovuzda avtomobil ağaca çırpılıb aşdı - VİDEO

09:40 26-05-2020 481

Tovuzda idarəetmədən çıxan avtomobil yol kənarına aşıb. 

HerGun.Az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. 

Mirhüseyn Qasımov idarə etdiyi “VAZ 21011” markalı avtomobillə hərəkətdə olan zaman havanın yağışlı olması səbəbindən idarəetməni itirib. 

Bu zaman avtomobil yol kənarındakı ağaca çırpılaraq, bir neçə metr kənara aşıb.

Qəza nəticəsində yararsız vəziyyətə düşən avtomobilin sürücüsü Mirhüseyn Qasımov yüngül xəsarət alıb.

Əraziyə polis və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb olunub. Sürücüyə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.