Ukraynada hovuzların və idman zallarının fəaliyyəti bərpa olunur

16:20 26-05-2020 331

Ukraynada epidemioloji vəziyyət yaxşılaşacağı halda, iyunun 1-dən etibarən hovuzlar və idman zalları fəaliyyətini bərpa edəcək.

Bu barədə “Hromadske” nəşri məlumat yayıb.

Həmçinin, ölkədə auditoriyada 10 nəfərdən artıq insanın olmaması şərtilə dərslərin aparılmasına icazə veriləcək. Eyni zamanda, dəmir yolu nəqliyyatının fəaliyyətini bərpa etməsi gündəmdədir.

Ukraynanın Səhiyyə Nazirliyinin saytında mayın 26-27-də hovuzları və idman zallarını ziyarətlə bağlı tövsiyələr dərc olunacaq.