Fransada qanunsuz futbol qarşılaşması: Polis azarkeşlərə müdaxilə etdi - VİDEO

03:20 27-05-2020 478

Fransada koronavirusa ən çox yoluxmanın qeydə alındığı regionlardan biri olan və “qırmızı bölgə” elan edilən Strasburqda baş tutan futbol qarşılaşması dünya mətbuatının gündəminə gəlib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Ölkədə peşəkar futbol liqaları təxirə salındığı bir vaxtda Strasburqda yerli komandalar arasında keçirilmiş qarşılaşmanı gözlənilmədən 400 azarkeş izləyib.

Azarkeşlər polisin müdaxiləsi ilə ərazidən uzaqlaşdırılıb.

“Neuhof” və “Hautepierre” komandaları arasında qarşılaşmaya polisin müdaxilə etdiyi anlar bəzi azarkeşlər tərəfindən qeydə alınıb.