Bakıda oğurlanan avtomobilin sahibi: “Elə bil yer yarılıb...” - FOTO
Bakıda avtomobil oğurlanıb.
Bu barədə HerGun.Az-a avtomobilin sahibi məlumat verib.
O bildirib ki, hadisə mayın 25-i paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov, 24 ünvanında baş verib:
“Axşam saatlarında avtomobili qeyd etdiyim ünvanda park edib evə getdim. Səhər isə avtomobilin yerində olmadığını gördüm. Gecə 90-UB-291 dövlət nömrə nişanlı “Tofaş” markalı avtomobilim oğurlanıb.
Hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə məlumat verdim. Ərazi üzrə Qaradağ rayon 10-cu Polis Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Hələ də heç bir xəbər yoxdur. Elə bil yer yarılıb, maşın içinə girib. Nə görən var, nə bilən”.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Könül Cəfərli