Fransada koronavirusun müalicəsində tətbiq edilən hidroksiklorokinin istifadəsi dayandırıldı

00:40 28-05-2020 389

Fransada yeni növ koronavirusun müalicəsində tətbiq olunan hidroksiklorokinin istifadəsi dayandırılıb.

“Anadolu” agentliyi xəbər verir ki, dərmanın istifadəsinə icazə verilən qərar ləğv edilib.

Dərmanın istifadəsi Xalq Ali Səhiyyə Şurasının tövsiyəsi ilə dayandırılıb.

Fransada 27 mart tarixindən etibarən, xəstəxanada hidroksiklorokininin həkimlərin nəzarəti altında istifadəsinə icazə verilmişdi.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreisus mayın 25-də verdiyi açıqlamada COVID-19 xəstələrinin müalicəsində istifadə edilən hidroksiklorokin dərmanının sınaqlarının “təhlükəsizlik narahatlığı” səbəbiylə müvəqqəti olaraq dayandırıldığını bildirib.