Koronavirusun metroda yayılmasını əks etdirən VİDEO

03:00 28-05-2020 391

Böyük Britaniyada metroda koronavirusun necə ötürüldüyünə dair yeni simulyasiya videosu yayılıb.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, video “Oregon” Universiteti tərəfindən hazırlanıb.

 Metroda koronavirusa yoluxan şəxsin ətrafındakıların hamısını virusla əhatələdiyi görünür.

Həmin şəxs ətrafındakı 7 metrlik ərazidə kiçik bir öskürək və ya asqırma ilə hər kəsə virus yoluxdura bilir.

Virusun uzun müddət koronaviruslu insanın oturduğu və toxunduğu səthlərdə təsirli olduğu bildirilir.