10 yaşlı qız qarətçini qorxudaraq qaçmağa məcbur etdi - VİDEO

04:00 28-05-2020 574

ABŞ-ın Kaliforniya ştatının Beykersfild şəhərində 10 yaşlı qız qarətçini qorxudaraq, qaçmağa məcbur edib.

Müşahidə kamerası tərəfindən çəkilən kadrları “Daily Mail” yayımlayıb.

10 yaşlı Lola Leturno avtomobildə əyləşərək anasını gözləyirmiş. Bu vaxt yoldan ötən dələduz  qarajın açıq qapısını görərək ora girmək istəyib. Bu an qız özünü maşından ataraq “Rədd ol! Rədd ol, burdan”, - deyə qışqırıb.

Uşağın qəfil reaksiyasından qorxan kişi qaçıb.

Polis dələduzun axtarışlarına başlayıb.