İntihar etmək istəyən qızın möcüzəvi qurtuluşu - VİDEO

06:40 28-05-2020 520

Maşinistin yaxşı reaksiyası intihar etmək istəyən 25 yaşlı qızın həyatını qurtarıb.

Bu barədə kadrları “BAZA” “Telegram” kanalı yayımlayıb.

Maşinistin kabinəsindən çəkilən videoda dəmir yolu relslərinin üzərinə başını qoyan və qatarın gəlməsini gözləyən qız görünür. Qatarı vaxtında saxlaya bilən sürücü qızı relslərin üzərindən qaldıraraq sakitləşdirməyə başlayıb, sonra isə hüquq mühafizəçilərə xəbər verib.