Əhalini karantin qaydalarına əməl etməyə çağıran Baş nazir özü qaydaları pozdu

08:20 28-05-2020 356

Əhaliyə karantin qaydalarına əməl etmələrini deyən İrlandiyanın Baş naziri özü qaydaları pozub.

“New York Post” qəzetinin verdiyi məlumata görə, Leo Varadkar dostları ilə piknikə gedib.

Jurnalistlər onu parkların birində köynəksiz günəş vannası qəbul edərkən görüntüləyiblər.

Baş nazirin bu hərəkəti karantin qaydalarına əməl etməyə çağırdığı əhalinin qınağı ilə qarşılaşıb. Sosial şəbəkələrdə nazirin istefa verməsi tələbləri ilə paylaşımlar edilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Vadakar karantin qaydalarını pozmayıb. O, evindən bir az kənarda dörd nəfərlik qrupda olub.