Rusiya ÜST-ə koronavirus infeksiyası üçün səkkiz vaksin təqdim edəcək

02:20 29-05-2020 382

Rusiya Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) yeni koronavirus infeksiyası üçün səkkiz vaksin təqdim edəcək.

MK bu barədə ÜST-ün Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vyunoviçin açıqlamasına istinadla xəbər yayır.

Onun sözlərinə görə, Rusiyanın töhfəsi çox böyükdür. 22 may tarixinə qədər istehsalçılar 124 potensial peyvənd təqdim ediblər. Onlar barədə artıq ÜST-ə məlumat verilib:

“Bunlardan 10-u klinik, 114-ü klinikaya qədərki qiymətləndirmə mərhələsindədir”.