Uşaqlarını əyləndirmək istəyən atadan canlı “arkada” oyunu - VİDEO

05:00 29-05-2020 411

İngiltərəli bir ata təcrid rejimində qızlarını əyləndirmək üçün çox kreativ yol tapıb. Belə ki, o, hamam otağında əldəqayırma “arkada” oyunu düzəldib.

Bununla bağlı maraqlı kadrları “Daily Mail” paylaşıb.

Kadrlarda 29 yaşlı Bredli Oriordanın vannanı müxtəlif oyuncaqlar, konfetlərlə doldurduğu görünür. O, üç yaşlı Perisi başıaşağı tutaraq kran rolunu oynayır. Həmin vaxt böyük qızı 11 yaşlı Ceysi özünü coystiki idarə edirmiş kimi göstərir.

Maraqlı videonun baxış sayı qısa müddət ərzində 1,5 milyonu ötüb.