Gəlin baldızının pullarını oğurlatdı

05:20 29-05-2020 361

Türkiyənin Adana şəhərində gəlin baldızının pulunu oğurladıb.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, 39 yaşlı Sezen Nisanın evindən 160 min lirə (40 032 AZN) dəyərində qızıl əşyası və pul oğurlanıb.

Qapının qırılmadığını, açarla açıldığını görən qadın polisə pulları ona yaxın birinin oğurladığını deyib.

100 nəzarət kamerasını araşdıran polis evdən pulların S.Nisanın qardaşı arvadı İ.P. vasitəsilə oğurlandığını müəyyənləşdirib.

İ.P. və onunla əlbir olan şəxslər saxlanılıb. Polis eyni zamanda, onların üçünü avtomobildə yanaşı oturaraq, sosial məsafə qaydalarını pozduqlarına görə cərimələyib. Oğurlanan pulun bir hissəsi sahibinə qaytarılsa da, digər hissəsinin xərcləndiyi bildirilib.