Mağazadan oğurluq etmək istəyən gənc müştərilər tərəfinən tutuldu - VİDEO

08:20 29-05-2020 98

Aqressiv qarətçi müştərilərin köməyi ilə saxlanılıb.

REN TV-nin məlumatına görə, hadisə Rusiyanın Kalininqrad şəhərində baş verib.

Məlumata görə, diqqətli müştərilərdən biri oğrunun arağı qoynunda gizlətdiyini görüb, bu barədə satıcıya məlumat verib. Bu zaman kassanın arxasında əyləşən qadın yerindən duraraq oğrunun qabağını kəsib. Bundan sonra dava başlayıb. Mağazada olan müştərilər də qadına kömək edərək gənci saxlayıblar.