Azərbaycanda baş redaktorun anası koronavirusdan vəfat etdi

11:20 29-05-2020 28

Supersport.az saytının baş redaktoru Anar Cəfərsoyun koronavirus infeksiyasından əziyyət çəkən anası Zöhrə Cəfərsoy vəfat edib. 

Məlumatı ailənin yaxın dostu Araz Aslanlı öz “Facebook” səhifəsində paylaşıb. 

A.Aslanlı paylaşımında qeyd edib:

“Əziz dostumuz, dəyərli ziyalımız Nazim Cəfərsoyun, Anar Cəfərsoyun və Ramil Cəfərsoyun anası Zöhrə xala vəfat edib.  Allah rəhmət eləsin. Məkanı cənnət olsun! Hamımızın başı sağ olsun.  Allah övladlarına can sağlığı versin!”. 

Qeyd edək ki, Zöhrə Cəfərsoy artıq  uzun müddətdir koronavirus infeksiyasından əziyyət çəkirdi və  süni tənəffüs cihazına qoşulmuşdu. Anar Cəfərsoy özü də koronavirus infeksiyasından əziyyət çəkir və hazırda xəstəxanada müalicə alır.