Cavidan Novruz həyat yoldaşına səsləndi: “Toyuq doğramağı öyrən, xahiş edirəm” - FOTO

12:00 29-05-2020 497

“Vicdan haqqı” serialında canlandırdığı Əbdül obrazı ilə yaddaşlara həkk olunan aktyor Cavidan Novruz həyat yoldaşı Mehinlə birgə çəkdikləri fotolarını paylaşaraq, onuncu evlilik ildönümlərini yada salıb.

HerGun.Az xəbər verir ki, aktyor sosial media hesabında yayımladığı şəkillərə bu sözləri yazıb:

“10 il öncə başıma gələn ən gözəl hadisəm. 10 illiyimiz mübarək! Bundan sonra neçə gözəl 10 illiklər ümidi ilə gələcəyə davam. Heç olmasa, bundan sonra bu ömür yolumuzda toyuq doğramağı öyrən, xahiş edirəm”.

Qeyd edək ki, Xalq artisti Ramiz Novruzun oğlu Cavidanın Mehinlə olan nikahdan bir oğlan övladı var.

Rəşad Əliyev