Bakıda 23 yaşlı gənci vuran avtomobil hadisə yerindən qaçdı
04:00 30-05-2020 365
Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə “8-ci kilometr” bazarının qarşısında qeydə alınıb.
1997-ci il təvəllüdlü Aslanlı Ümman Şahin oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
Sürücü hadisə yerindən yayınıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Xəstəxananın həkimlərinin verdiyi məlumata görə, yaralının vəziyyəti stabil-ağırdır.