Bakıda 23 yaşlı gənci vuran avtomobil hadisə yerindən qaçdı

04:00 30-05-2020 353

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə “8-ci kilometr” bazarının qarşısında qeydə alınıb.

1997-ci il təvəllüdlü Aslanlı Ümman Şahin oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.  

Sürücü hadisə yerindən yayınıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Xəstəxananın həkimlərinin verdiyi məlumata görə, yaralının vəziyyəti stabil-ağırdır.