Luvr muzeyinin ziyarətə açılacağı vaxt bəlli oldu

04:20 30-05-2020 365

Parisin Luvr muzeyi iyulun 6-dan ziyarətçilərə açıq olacaq.

TASS xəbər verir ki, bu barədə muzeyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ejen Delakrua muzeyi iyunun 22-dən, Luvr isə iyulun 6-dan fəaliyyətə başlayacaq. Ziyarətçilər biletləri 15 iyundan etibarən bron edə bilərlər.

Muzeylərdə sanitar qaydalara əməl olunmalı və tibbi maska taxılmalıdır.

Qeyd edək ki, Fransada Luvr və digər muzeylər koronavirus pandemiyası səbəbindən martın ortasından bağlıdır.