Goranboyda beş nəfər koronavirusa yoluxdu - VİDEO

18:00 30-05-2020 457

Son günlər koronavirusa yoluxma Goranboy rayonunda da aşkarlanıb. 

Baku TV xəbər verir ki, rayonda 2256 nəfərdən koronavirusla bağlı test nümunəsi götürülüb. Onlardan beşinin nəticəsi pozitiv çıxıb. 

Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşı Murov Həsənov bildirib ki, Goranboy Rayon Mərkəzi xəstəxanasına bu günə qədər müxtəlif bölgələrdən olan 408 xəstə daxil olub. 

Yoxluxma hallarının qarşının alınması üçün rayon ərazisində dizinfeksiya işləri aparılır. Həmçinin sakinlərlə marifləndirci söhbətlər edilir.