Gülay Zeynalova: “Kamilə hər zaman dəstəyəm” - VİDEO

19:40 30-05-2020 619

“Bu dəqiqə əgər xoşbəxt deyiləmsə, depressiyaya düşə bilərəm. Lakin dostlarım, övladım və valideynimlə danışsam, kefim düzəlir. Özümü xoşbəxt hiss edəndə depressiyadan çıxıram”.

HerGun.Az xəbər verir ki, bunu məşhur müğənni Gülay Zeynalova “Xəzər” televiziyasında yayımlanan “X maqazin” proqramında deyib.

Yazdığı statusu ilə sosial media izləyicilərinin dilinə düşən sənətçi, həmin statusu mayın 12-si karantin qaydalarını pozub 10 sutkalıq həbs olunan, mayın 22-si isə azadlığa çıxan həyat yoldaşı, məşhur fitnes məşqçi Kamil Zeynallıya həsr etdiyini bildirib:

“Kamil övladımın atasıdır. Hər zaman onu dəstəkləyirəm. “Instagram”da yazdığım status Kamilə aid idi. Paylaşımımla ona dəstək olduğumu bildirdim. Lakin başqa cür yozuldu. İnsan içindən keçənləri reklam eləmək məcburiyyətində deyil. Paylaşımımı kimsə anladı, kimsə anlamadı. Başqa yerə yönəltdilər. Bu da onların öz fikirləridir”.

Qeyd edək ki, sosial mediada uzun müddətdir idmançı Kamil Zeynallı ilə Gülay Zeynalovanın boşandığı haqqında məlumatlar dolaşır. Lakin cütlük bu xəbərlərin yalan olduğunu bildirərək, inkar edirlər. Onların Sahilə adlı bir qız övladı var.

Rəşad Əliyev