İnanılmaz refleks sahibi olan piyada ölümdən son anda xilas oldu - VİDEO

21:20 30-05-2020 545

Ukraynada piyada keçidindən istifadə edən şəxs ölümdən son anda qurtulub.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Piyada keçidindən yolu keçərkən sürətlə yaxınlaşan maşını son anda görən piyada göstərdiyi inanılmaz reflekslə ölümdən xilas olub. Avtomobil sürücüsü də son anda piyadanı vurmamaq üçün sükanı çevirə bilib. Sürətlə hərəkət edən avtomobil səkiyə çıxıb və dayanmayaraq hərəkətinə davam edib.

Təəccüblü vəziyyətdə qalan piyada da yola səpələnən əşyalarını toplayaraq yoluna davam edib.