Tramp: “Tezliklə tarixin “ən böyük silahı”na sahib olacağıq”

10:00 31-05-2020 379

ABŞ Prezidenti Donald Tramp ölkəsinin tezliklə indiyə qədər mövcud olan “ən böyük silah”a sahib olacağını açıqlayıb.

Bu barədə TASS məlumat yayıb.

“Tezliklə Marsa eniş edəcəyik və tarixdə təsəvvür edilə bilən ən böyük silahlara sahib olacağıq”, - deyə D.Tramp bildirib.

ABŞ prezidenti hansı silahları nəzərdə tutduğunu açıqlamasa da, artıq hazırlıqlarla tanış olduğunu vurğulayıb. Bu cür silahın mövcudluğuna prinsipial olaraq inana bilmədiyini qeyd edən D.Tramp prototipləri şəxsən gördüyünü qeyd edib.