Ağdamda şadlıq evi yanıb

23:40 31-05-2020 434

Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 665 m² olan ikimərtəbəli şadlıq evinin birinci mərtəbəsində 2 ədəd kondisioner, 1 ədəd televizor, elektrik kabeli 20 p.m, pilləkən qəfəsinin taxta üzlüyü 6 p.m, sahəsi 6 m² olan texniki otağın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar yanıb.

Fövqəladə Hallar Nazirliyindən HerGun.Az-a verilən məlumata görə, şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.