Koronavirusa qarşı dərmanın hamilə qadınlar üçün təhlükəli olduğu açıqlandı

08:40 01-06-2020 334

Rusiya Federasiyasında koronavirusa qarşı ilk qeydiyyatdan keçən dərman olan “Avifavir” hamilələrə və ailə planlaşdırılması dövründə olan qadınlara qəti şəkildə qadağandır.

Bu barədə “İnterfaks” Rusiya Birbaşa İnfestisiya Fonduna istinadla xəbər verir.

Xəbərdarlıqda deyilir ki, qadın hamiləlik dövründə bu preparatı qəbul edərsə, uşaqda eybəcərlik yarana bilər.

Qeyd edək ki, klinik sınaqlar zamanı koronaviruslu xəstələrin müalicəsində yüksək effektivlik göstərən bu dərman Yaponiyada 2014-cü ildən etibarən qripin ağır formalarına qarşı istifadə edildiyi üçün yaxşı öyrənilib. 

Hazırda “Avifavir”in klinik sınaqlarının son mərhələsi davam edir.