“Ekologiya postu” sökülür- FOTO

10:40 01-06-2020 374

Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyünə məxsus binanının söküntüsünə başlanılıb.

HerGun.Az-ın məlumatına görə, postun sökülməsi barədə foto yayılıb.

Bakı-Sumqayıt yolunda aparılan genişləndirmə işləri ilə əlaqədar olaraq “Ekologiya postu”nun yeri dəyişdirilir.

Yeni “Ekologiya postu” daha müasir şəkildə inşa edilir və təzə avadanlıqlar quraşdırılacaq.