Peskov: “Biz heç vaxt ABŞ-ın daxili işlərinə qarışmamışıq”

15:00 01-06-2020 391

“ABŞ-da baş verən iğtişaşlar bu ölkənin daxili işidir. Rusiya hadisələrə müdaxilə etmir”.

TASS xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamada bildirib.

“Biz sözsüz ki, ABŞ-da baş verənləri çox diqqətlə izləyirik. Lakin orada olanlar bu ölkənin daxili işidir. Biz heç vaxt ABŞ-ın daxili işlərinə qarışmamışıq. İndi də qarışmaq niyyətində deyilik”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Rays bildirib ki, etiraz aksiyaları zamanı baş verən iğtişaşlarda özgə barmağının olması və hadisələrin Rusiya tərəfindən maliyyələşdirilməsi istisna edilmir.