Koronavirus dövründə populyarlaşan proqramın dəyəri 50 milyard dolları ötdü

06:00 02-06-2020 345

“Zoom” videokonfrans proqramının bazar kapitallaşması ilk dəfə olaraq 50 milyard ABŞ dolları həddini ötüb.

Xəbəri “Bloomberg” agentliyi yayıb.

Agentliyin hesablamasına görə, 2020-ci ilin əvvəlindən “Zoom”un bazar dəyəri 30 milyard ABŞ dollarından çox artıb.

Qeyd edək ki, “Zoom Video Communications” servisi 2011-ci ildə ABŞ-da yaradılıb. Bu ilin mart ayında videokonfranslar servisindən gündəlik istifadə edənlərin sayı 200 milyona çatıb.