“Real” ev oyunlarını “Santyaqo Bernabeu”da keçirməkdən imtina etdi

21:00 02-06-2020 474

Madridin “Real” klubu 2019/20-ci il mövsümün qalan oyunlarını “Santyaqo Bernabeu” stadionunda keçirməyəcək.

Goal.com xəbər verir ki, bu barədə “Real”ın prezidenti Florentino Peres açıqlama verib.

“Son oyunlarımızı 2-ci komandaya məxsus olan “Alfredo Di Stefano” stadionunda keçirəcəyik. Bu qərar “Santyaqo Bernabeu” arenasında aparılan yenidənqurma işlərinin sürətini artıracaq”, -  deyə, klub prezidenti qeyd edib.

Xatırladaq ki, İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb.