Avropa Birliyi Ermənistan şirkətlərini “qara siyahı”ya saldı

02:00 03-06-2020 390

Avropa Birliyi hazırladığı ən güvənilməz hava yolları şirkətləri siyahısına Ermənistan şirkətlərini da daxil edib.

AB-nin ildə iki dəfə yenilədiyi Mülki Aviasiya Təhlükəsizliyi siyahısında bu dəfə erməni şirkətləri də yer alıb.

Bu qərara əsasən, “qara siyahı”ya düşən erməni aviasiya şirkətlərinin beynəlxalq təhlükəsizlik standartlarına uyğun olmadıqları üçün AB daxilindəki uçuşları təxirə salınıb.

AB bu qərarı Ermənistan Mülki Aviasiya Komitəsinin və altı hava yolu şirkətinin işlərini təhlil etdikdən sonra verib.

Ermənistan “qara siyahı”da Əfqanıstan, Anqola, Konqo, Nepal və Sudan kimi ölkələrdə bir yerdə qərarlaşıb.