Honkonqda koronavirusun “super yayılması” qeydə alındı

04:40 03-06-2020 61

Honkonqda koronavirus infeksiyası yaşayış məntəqəsinin bir-biri ilə kontaktda olmayan sakinlərində aşkarlanıb.

News.rthk.hk xəbər verir ki, ölkə alimləri yaşayış məntəqələrindən birində kütləvi yoluxma faktını araşdırırlar. Əgər insanların kontakt qurmadan bir-birinə virus yoluxdurması müəyyən edilərsə, bu, infeksiyanın ilk “super yayılması” olacaq.

“Luquan Building” yaşayış binasında yaşayan iki cütlükdə koronavirus aşkarlanıb. Bir versiyaya görə, binada yaşayan ailələrdən birinin yüksək səviyyədə virus yükü, yəni ciddi simptomları və orta dərəcədən yuxarı yoluxdurma qabiliyyəti müəyyən edilib. Alimlər hesab edir ki, onlar infeksiya daşıyıcısı ola bilər.

Hökumətin məsləhətçi eksperti Syuy Şuçan qeyd edib ki, infeksiya liftin düyməsindən də yayıla bilər, yaxud da insanlar fərqli yerlərdə yoluxublar.