ABŞ-da aksiyaları işıqlandıran jurnalist polislərin hücumuna məruz qaldı - FOTO/VİDEO

07:20 03-06-2020 34

ABŞ-da Ağ Ev yaxınlığında etiraz aksiyalarını işıqlandıran “Sputnik”in prodüseri polislərin hücumuna məruz qalıb.

Bu barədə RT xəbər yayıb.

Məlumata görə, Nikol Russelə rezin güllə ilə atəş açılıb, həmçinin ona qarşı gözyaşardıcı qazdan istifadə edilib.

O da vurğulanır ki, bütün bunlar jurnalistin hüquq mühafizəçilərinə öz vəsiqəsini göstərməsinə rəğmən baş verib.