Şəmkirdə qəza: Ər və arvad yaralandı

09:20 03-06-2020 335

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Posanlı kəndində qeydə alınıb.

Qəza zamanı “VAZ 2106” və “Niva” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1963-cü il təvəllüdlü Hümbətov Rafiq və onun həyat yoldaşı 1969-cu il təvəllüdlü Hümbətova Təranə dərhal xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.