Fərəh Əliyeva mədəniyyət naziri təyin olunub?

13:00 03-06-2020 383

Bir müddətdir ki, mədəniyyət naziri postuna fərqli namizədlərin adları hallanır.  

Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra bu yüksək vəzifəyə kimin gətiriləcəyi ictimaiyyətin marağındadır.

365.Az-ın məlumatına görə, bu vəzifəyə Fərəh Əliyevanın təyinatı gözlənilir.

Bununla bağlı rəsmi sərəncam veriləcəyi bildirilir.

Qeyd edək ki, Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiridir.