Ötən əsrin 90-cı illərində məşhur olan trend yenidən dəbə mindi - FOTO

07:00 04-06-2020 584

Koronavirus pandemiyası səbəbiylə özünü təcridetmə rejimi dövründə ulduzlar və blogerlər ötən əsrin 90-cı illərində məşhur olan trendin yenidən dəbə qayıtmasını dəstəkləyiblər.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Söhbət “tie-dye” printi olan geyimlərdən gedir.

Avstraliyalı top model Şanina Şeyx ötən əsrin 90-cı illərinin trendi ilə bağlı fotolarını paylaşıb. O, “Instagram” hesabında bu printdə olan çimərlik və idman geyimini nümayiş etdirib.

Bundan başqa, sosial şəbəkə istifadəçiləri də yeni trendə dəstəklərini göstəriblər.