Corc Floydun ailəsi göz yaşları içində ədalət istədi - VİDEO

07:20 04-06-2020 470

ABŞ-da polis zorakılığı nəticəsində öldürülən Corc Floydun ailəsi ilk dəfə kamera qarşısına keçib.

Bu barədə “Hürriyet” yazıb.

C.Floydun altı yaşındakı qızı Cianna və anası Roksi Vaşinqton Minneapolis şəhərində mətbuat konfransı keçirib.

“Bizim əlimizdən nəyi aldığınızı bilməyinizi istəyirəm. Onlar günün axırında evlərinə qayıdıb ailələri ilə birlikdə olurlar. Ancaq Ciannanın artıq atası yoxdur. Onun böyüdüyünü görə bilməyəcək. Məzuniyyətinə gələ bilməyəcək, toyunda yanında ola bilməyəcək. Mən uşağım və Corc üçün buradayam. Onun üçün ədalət istəyirəm. Çünki o, yaxşı adam idi. Digərləri nə düşünür, düşünsün”, - deyə, R.Vaşinqton bildirib.