Ölümün bir neçə addımlığında - VİDEO

09:00 04-06-2020 480

Günlərdir davam edən şiddətli yağışlara görə binanın damından beton parçaları qoparaq yerə düşüb. Həmin vaxt yaxınlıqda olan sakinlər son anda ölümdən xilas olublar.

“HaberGlobal”ın məlumatına görə, baş verənlər müşahidə kameraları tərəfindən qeydə alınıb.

Kadrlar Türkiyənin Manisa şəhərindəndir.

Baş verənlərdən şoka düşən mağaza sahibi Əli Özər hadisə barədə bunları deyib:

“Yağış çox şiddətli idi. Biz ortalığı təmizləmək üçün çölə çıxırdıq. Bir anda beton parçaları düşdü. İkicə addım da atsaydım, həmin daşlar başıma düşəcəkdi. Çox qorxdum, bir an ölümü düşündüm… Allah qorudu”.