Polis qaydalara əməl olunmasına ciddi nəzarət edəcək - XƏBƏRDARLIQ

18:00 04-06-2020 320

“Aparılan təcrübələr göstərir ki, qısa qapanma dövrünün də effekti olur, bu qapanmalardan 7-10 gün sonra statistik göstəricilərin necə dəyişdiyini görə bilərik”.

HerGun.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr bildirib ki, həftəsonu tətbiq edilən bu qapanmaların xeyrinin olacağı qənaətindədirlər.

“Polislər də maskalardan istifadə ilə qaydalara əməl edir. Polislər tərəfindən qaydalara nəzarət üçün ciddi addımlar atacaqlar”, - deyə o qeyd edib.

İlhamə Əbülfət