Koronavirus təhlükəsinin sirri aşkara çıxarıldı: İnsan zülalı...

07:20 05-06-2020 368

Kembric Universitetinin alimləri koronavirusda insan zülalının bir hissəsi ilə identik olan əlavə tapıblar.

O, virusun insan bədəninə daxilolma ehtimalını təyin edən genom hissəsində yerləşir.

Alimlərin araşdırması “eLife” elmi jurnalının saytında dərc edilib.

Süni intellektdən istifadə edərək, mütəxəssislər SARS-CoV-2-nin genetik ardıcıllığınında vacib insan zülallarından birində eyni fraqmentə bənzəyən səkkiz aminturşuya oxşarlıq tapıblar.

Qeyd edilir ki, bu zülalın tənəffüs yollarının səthindəki aktivliyi maye reabsorbsiyasının pozulmasına səbəb olur. Ağır COVID-19 xəstələrində məhz bu patologiya müşahidə edilib.

Rusiyalı genetik Konstantin Krutovski bildirib ki, SARS-CoV-2-də insan zülalının bir hissəsinin meydana gəlməsi təsadüfi mutasiya ola bilər, baxmayaraq ki, belə ehtimal azdır. Bundan əlavə, o, koronavirusun aralıq sahibinin ola biləcəyini və ya insan hüceyrələrində laboratoriya şəraitində yetişdirilə biləcəyini etiraf edib. Mütəxəssis onun süni mənşəli olması ehtimalını da istisna etməyib.