Kanalizasiya quyusuna düşən qadın bir neçə gün köməksiz qaldı

08:20 05-06-2020 333

Kanalizasiya quyusuna düşmüş qadın bir neçə gün kömək gözləmək məcburiyyətində qalıb.

“Daily Mail”in məlumatına görə, qorxunc hadisə ABŞ-ın Texas ştatının Harris dairəsində baş verib.

Qadının xilas edilməsi əməliyyatında bir neçə polis və yanğınsöndürmə briqadası iştirak edib.

İlkin baxış zamanı qadında əzilmələr və səhhəti ilə bağlı bir sıra problemlər aşkarlanıb.