Bakıda 37 yaşlı kişi boynundan bıçaqlandı
09:20 06-06-2020 541
Bakıda 37 yaşlı kişi bıçaqlanıb.
Report-un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Hövsan qəsəbəsində naməlum şəxs 1983-cü il təvəllüdlü Mustafayev Fərid Fərhad oğluna xəsarət yetirib.
Yaralı təcili tibbi yardım briqadasının köməyilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin və boyunun kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.