Bakıda altı nəfər köməksiz qaldı

10:20 06-06-2020 329

Bakıda altı nəfər liftdə köməksiz qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərinin Binəqədi, Yasamal, Nərimanov və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı beş müraciət daxil olub.

Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən altı nəfərin liftdən çıxarılması təmin edilib.