Şou-biznesin əkiz bacıları: “Açıq-saçıq görüntü ilə gündəmə gəlməmişik” - VİDEO

18:20 06-06-2020 532

“Heç vaxt gündəmə açıq-saçıq görüntülər və dəyişik obrazlarla gəlməmişik. Hətta fotosessiyaların ən rahatını və sadəsini etdiririk. Obrazlı fotosessiya bizdən görməyəcəksiniz”.

HerGun.Az xəbər verir ki, bu sözləri şou-biznesin Sevil və Sevinc Səfərova bacıları “Xəzər” televiziyasında yayımlanan “X maqazin” proqramına verdiyi müsahibələrində deyiblər.

Müğənnilər həmkarlarının tez-tez efirdə səsləndirdiyi “yeniliklər edəcəyəm” kəlməsinə etiraz ediblər:

“Toy məclislərində, verilişlərdə oluruq. Bizim də işimizin mahnı oxuyub, klip çəkdirib, fotosessiya etdirməkdir. Bu işləri görmək məcburiyyətindəyik. “Yenilik edəcəyəm” deyə bir şey yoxdur. Çünki sən bununla pul qazanırsan, tamaşaçılara tanınırsan, onların sevgisini qazanırsan”.

Səfərova bacıları məşhur stilistlərlə çalışmaq istəmədiklərini söyləyiblər:

“Məşhur stilistlərlə çalışmağı sevmirik. Çünki onların da özlərinə görə kaprizləri var. Bizəözümüzü hər zamankı obrazda görmək rahatdır”.

Rəşad Əliyev