Fransalı hücumçu rəsmən “Qarabağ”da

16:54 17-07-2019 1234

“Qarabağ” yeni transferi Maqay Qeyi təqdim edib.

HerGun.Az xəbər verir ki, Ağdam təmsilçisinin rəsmi “Facebook” səhifəsi 29 yaşlı fransalı hücumçunun transferini rəsmi şəkildə açıqlayıb.

Seneqal əsilli forvard “Qarabağ”da 99 nömrəli forma ilə çıxış edəcək. O, karyerası ərzində Fransanın “Strasbur”, “Brest”, İngiltərənin “Everton”, “Miluol” və Türkiyənin “Adanaspor” və “Osmanlıspor” komandalarının formasını geyinib.

Qeyd edək ki, “Qarabağ” yay transfer dönəmində braziliyalı Ailton Silvanı, Bekçika doğumlu mərakeşli Faysal Rerrası və ispaniyalı Xayme Romeronu heyətinə qatıb.