Bakıda temperatur iqlim normasından yuxarı olub - FAKTİKİ HAVA

13:40 07-06-2020 382

İyunun 7-si səhərədək olan məlumata əsasən, əksər rayonlarda  şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə  intensiv olub.

Milli Hidrometeorologiya Xidmətinindən verilən məlumata görə, düşən yağıntının miqdarı Oğuzda 14 mm, Şamaxı, Kürdəmirdə 13 mm, Hacıqabulda 10 mm, Sabirabad, Kişçayda (Şəki) 9 mm, Cəfərxanda 5 mm, Ağdərə (Ordubad), Lənkəranda 3 mm, Sarıbaş (Qax), Mərəzədə 2 mm, Qəbələ, Göyçay, Xınalıq, Zaqatala, Şahbuz, Salyan, Şahdağda 1 mm olub.

Temperatur Bakıda iqlim normasından 1,5 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-29, aran rayonlarında 29-32, dağlıq rayonlarda 19-23, Naxçıvan MR-da 25-31 dərəcə isti olub.