Keçmiş arvadlarını döydüyünü etiraf edən Xalq artistinin qızı atasının müdafiəsinə qalxdı - FOTO

18:00 08-06-2020 598

45 yaşlı məşhur aktyor Marat Başarov Rusiyanın NTV kanalında yayımlanan “Milyonluq sirr” proqramında qonaq olub. M.Başarovun “Keçmiş arvadlarımı döymüşəm” etirafının aylardır ki, sosial media əhli tərəfindən geniş müzakirə olunduğu bir vaxtda aktyorun 15 yaşlı qızı atasının müdafiəsinə qalxıb.

HerGun.Az xəbər verir ki, həyat yoldaşlarına əl qaldırıb, onları döydüyünə görə sosial şəbəkə izləyiciləri tərəfindən Tatarıstanın Xalq artisti adından məhrum edilməsi tələbi ilə üzləşən aktyorun qızı Ameli (keçmiş həyat yoldaşı Yelizaveta Krutskayadan doğulan qızı - red.) NTV kanalında yayımlanan “Ulduzlar birləşir” proqramına videomüraciət ünvanlayıb.

Marat Başarov və qızı Ameli 

Videomüraciətdə deyilir:

“O gözəl insan, əla aktyor və böyük atadır. Onu çox sevirəm. Doğru hekayəni bilmədən, ona ləkə yaxırlar. İnsanlar əsl həqiqəti bilmirlər.

Liza və Katyaya üzümü tutub deyirəm ki, atamın sənə nə qədər yaxşılıq etdiyini xatırla. Başlamısınız yenidən onu incitməyə və ləkə yaxmağa. Bütün bunlar nəyə lazımdır? Mehriban və xoşbəxt olun, həyatınızı yaşayın”.

Yelizaveta Şevırkova, Marat Başarov və oğulları Marsel 

Xatırladaq ki, ötən həftə keçmiş cütlük arasında daha bir mübahisə yaşanıb. Yelizavetanın sözlərinə görə, Marat uşağının qarşısında alkoqollu içki qəbul edib, sərxoş vəziyyətdə onu öz evinə aparıb.

Qeyd edək ki, M.Başarov Rusiyanın TNT telekanalında yayımlanan “Ekstrasenslerin savaşı” adlı şounun uzun illərdir aparıcısıdır.

Yekaterina Arxarova və Marat Başarov

Rəşad Əliyev