“Zirə” Papazoğlu ilə anlaşdı - FOTO

22:27 17-07-2019 1559

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun rəsmi “Facebook” səhifəsi xəbər verir ki, komanda Anastasios Papazoğlu ilə anlaşıb.

30 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb. 

Yunanıstanlı futbolçu bundan öncə “Panserrakios”(Yunanıstan), “Olimpiakos” (Yunanıstan), APOEL (Kipr), “Ksanti” (Yunanıstan), “Panetolikos” (Yunanıstan), “Apollon” (Yunanıstan) və OFİ (Yunanıstan) klublarında çıxış edib.