Dəbdəbəli həyatını nümayiş etdirən Manaf: “Obyektim yoxdur” - VİDEO

17:00 11-06-2020 499

“Müğənni niyə pis gündə yaşamalıdır? Müğənni gözəl geyinməlidir, yaxşı evi, avtomobili olmalıdır. Biz alın tərimizlə, halal zəhmətimizlə bunları alırıq. Kiminsə cibinə girib, oğurluq etmirik”.

HerGun.Az xəbər verir ki, bu sözləri şou-biznesin açıqsözlü müğənnisi Manaf Ağayev ATV telekanalında yayımlanan “Ulduzlu yayım” proqramında qonaq olarkən deyib. 

35 il sənətdə olduğunu söyləyən M.Ağayev dəbdəbəli villa və lüks avtmobillərinə görə onu tənqid edən sosial şəbəkə izləyicilərinə etiraz dolu ismarıclar ünvanlayıb. 

“Atalarımız deyir ki, kişi kişinin malını, dövlətinı saymaz. 35 ildir ki, bu sənətdəyəm. Bunları qurmaq üçün canımı itirib, zülm çəkmişəm. Bizdə müğənninin evinin olmasına insanlar aqressiv yanaşırlar. Uzağa yox, Türkiyənin sənətçilərinə bir nəzər salın. Onların ən az tanınan müğənnisinin evi də, avtomobili də var. Bizim bir mövsümdən qazandığımız pulu onlar bir toydan və ya konsertdən götürürlər.

Deyirlər ki, evini çəkdirib, efirdə nümayiş etdirir. Bəs kimin evində çəkiliş edim? İllər öncə qaldığım yataqxanada da, “Xruşovka” evimdə də çəkilişlər etmişəm. İndi bu bağ evim var, burada çəkdirirəm. O zamanlar niyə demirdiniz ki, yığışaq Manafa bir ev alaq. Onun kimi sənətkar necə evdə yaşayır.

Ev xəstəsiyəm. Mənim bir dənə də olsun obyektim yoxdur. Biznes qurmağa gücüm çatmayıb. 35 ildə qurduğum, gördüyünüz bu bağ evidir. Elə şəxslər var ki, heç bir yerdə işləmir, amma hotelləri, restoranları, villaları var. Heç kim onlara demir ki, bunları siz haradan almısınız? Mən də oxuyub, bunlara sahib olmuşam”.

Rəşad Əliyev