Pərvin Abıyeva rəfiqələri ilə karantin rejimini pozub, əyləndi - VİDEO

14:00 13-06-2020 625

Ölkədə tətbiq edilən karantin rejimini heçə sayan bir qrup tanınmış şəxs Bakıda ad günü məclisi təşkil edib.

HerGun.Az xəbər verir ki, çox sayda qonaqların yer aldığı əyləncəli gecədən görüntülər sosial mediada yayımlanlb.

Nazirlər Kabineti yanında operativ qərargahın tətbiq etdiyi karantin rejimini pozan, tədbirdə iştirak edən isə məşhur aktrisa Pərvin Abıyeva olub.

Aktrisa rəfiqəsinin qucağına oturaraq ehtiraslı rəqs edərkən görüntülənib.

Qeyd edək ki, xüsusi karantin rejiminin tələblərinə əsasən, ölkə üzrə bütün kütləvi tədbirlərin keçirilməsi (toy, yas, ad günü və s.) qadağandır.

Həmçinin 10-dan çox insanın bir yerə toplaşması qaydalara ziddir.

Rəşad Əliyev