İrlandiya çempionu “Qarabağ”ın növbəti rəqibi olacaq

08:09 18-07-2019 580

“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. 

Latviyanın paytaxtı Riqa şəhərində keçirilən qarşılaşmada eyniadlı komanda İrlandiyanın “Dandolk” klubuna məğlub olub.

Bu komandalar arasındakı hər iki oyunun əsas vaxtı qolsuz yekunlaşıb. Penaltilər seriyasında isə “Dandolk” daha dəqiq olub - 5:4.

“Qarabağ” İrlandiya çempionu ilə ilk oyununu iyulun 24-də səfərdə, cavab görüşünü iyulun 31-də Bakıda keçirəcək.